Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Xarici İşlər nazirinin Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.