Britaniya və BMT dekabrın 12-də iqlim dəyişikliyinə qarşı mübarizə sammiti keçirəcək.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin mətbuat xidmətindən xəbər verilib.
Görüş Paris iqlim sazişinin imzalanmasının beşinci ildönümünə təsadüf edəcək.
"Son araşdırmalar istixana qazlarının konsentrasiyasının rekord səviyyəyə çatdığını göstərir. Bununla əlaqədar BMT-nin Baş katibi Antoniu Quterriş və İngiltərənin Baş naziri Boris Conson 12 dekabrda keçiriləcək dünya liderlərinin görüşünün həmsədrləri olaraq çıxış edəcəklər", - beynəlxalq təşkilatdan bildirilib.