Bakının Sabunçu rayonunda gənc qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Sentyabr 2020 23:59 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qara Qarayev küçəsində 22 yaşlı Ləman Quliyeva əri tərəfindən evdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.