Bolqarıstan Rusiya diplomatlarını ölkədən çıxarır

23 Sentyabr 2020 19:23 (UTC+04:00)

Bolqarıstan Rusiya diplomatlarını ölkədən çıxarır.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, iki rusiyalı diplomat casusluqda şübhəli bilinərək onların ölkədən çıxarılmasına qərar verilib.

Daha əvvəl Bolqarıstanın prokurorluq orqanları iki rus diplomatın ölkədə kəşfiyyat fəaliyyəti və casusluqla məşğul olduğunu bildirmişdi. Prokurorluğun məlumatına görə, onların məqsədi rəsmi və dövlət sirlərini təmsil edən məlumatları Rusiya hərbi kəşfiyyatına ötürmək idi. Prokurorluq şübhəli şəxslərin diplomatik statusa malik olması səbəbindən onlara qarşı cinayət işinin dayandırıldığını açıqlamışdı.