Şota Arveladze koronavirusa yoluxub

23 Sentyabr 2020 18:45 (UTC+04:00)

Özbəkistan Superliqa təmsilçisi "Paxtakor"un çalışdıran Şota Arveladze koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə gürcü mütəxəssis özünün "Tvitter" hesabında yazıb: "Koronavirus testim müsbət çıxdı. Özümü təcrid etmişəm. Nəticələri dəqiqləşdirmək üçün ikinci testi gözləyirəm. Vəziyyətimlə bağlı sizi məlumatlandırmağa davam edəcəyəm".

Qeyd edək ki, 47 yaşlı çalışdırıcı 2017-ci ildən "Paxtakor"un baş məşqçisidir.