Torpaqşünaslıq və aqrokimya laboratoriyası

23 Sentyabr 2020 17:32 (UTC+04:00)

Dövlətimizin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır. Bu tipli laboratoriyanın biri də ADAU-nun aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır.

Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementlər, torpağın aqrokimyəvi, bioloji , su-fiziki, hava və istilik xassələri, torpaq və bitkilərin tərkibində olan ağır metallar, zəhərli maddələr təyin edilir.

ƏLİHÜSEYN ŞÜKÜROV