"SOCAR Enerqoresurs" ilə Rusiyanın Tümen vilayəti arasında saziş imzalanıb

23 Sentyabr 2020 14:37 (UTC+04:00)

“SOCAR Enerqoresurs” və Rusiyanın Tümen vilayəti arasında sosial-iqtisadi əməkdaşlıq barədə saziş imzalanıb. SİA xəbər verir ki, sənəd Tümen neft-qaz forumu çərçivəsində imzalanıb.

“SOCAR Enerqoresurs”un baş direktoru Fərid Cəfərov bildirib ki, bu saziş yaxın dörd il ərzində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək.

O qeyd edib ki, şirkət regional rəhbərliklə səmərəli, uzunmüddətli əməkdaşlığı hədəfləyir. F.Cəfərovun sözlərinə görə, bu tərəfdaşlıq şirkəti inkişafına və Tümen vilayətində iqtisadiyyatın və sosial sahənin inkişafına xidmət edəcək.