Qarabağ Azərbaycandır!”

23 Sentyabr 2020 13:18 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Ağcabədi, Suraxanı və Şuşa rayon təşkilatları Qadınlar Şurasının “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans formatında birgə tədbiri keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva çıxış edərək bildirib ki, işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi həllini tapmır. Onun sözlərinə görə, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad ediməsi üçün qətiyyətli siyasət həyata keçirir. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır!” bəyanatı bütün dünyaya mesajdır.

Tədbirə dəvət edilmiş Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Təbii ki, ölkəmizin dünya miqyasında yüksək səviyyədə qəbul olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əyani göstəricisidir. Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioriteti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz uğurlu hücum diplomatiyası həyata keçirir. Hücum diplomatiyasının nəticəsində işğalçı Ermənistan dalana dirənib, dünyanı öz yalanına inandıra bilmir.

YAP Ağçabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Qafarova və YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva tədbirdə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirirblər. Qeyd olunub ki, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir, eləcə də atılan bütün hüquqazidd addımlar beynəlxalq cinayətdir. Onların yeganə məqsədi işğalçılıq siyasətini davam etdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparmaq, demoqrafik tərkibin qəsdən dəyişdirmək və Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsidir. Bütün bunlar 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Dünya birliyi və Beynəlxalq təşkilatlar bu faktları susmaqla qarşılayırlar.Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcəyi və Qarabağda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil.

Zümrüd BAYRAMOVA