Tünzalədən sevgi dolu mesaj: "Gözlədim yolunu, hava qarardı..." FOTO

23 Sentyabr 2020 12:10 (UTC+04:00)

Xalq artisti Tünzalə Ağayeva sosial media səhifəsində yeni şəklini yayımlayıb. SİA-nın məlumatına görə, ifaçının paylaşımı müzakirələrə səbəb olub. Belə ki, o, şəklinə kiməsə mesaj göndərəcək sözlər yazıb: "Gözlədim yolunu, hava qarardı. Bu qaranlıq hava ruhumu sardı”.

Onun bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri sənətçinin kiməsə aşiq olduğunu, digərləri isə artıq ayrıldığını qeyd ediblər.