Azərbaycan ordusu xalqımızın güvənc yeridir - MÖVQE ÖZƏL

23 Sentyabr 2020 12:09 (UTC+04:00)

"Sovetlər birliyinin süqutundan sonra növbəti və əbədi müstəqilliyini qazanan Azərbaycan Respublikası 1990-cı illərdə çox ağır iqtisadi, hərbi, sosial duruma döşməsinə baxmayaraq Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün inkişaf strategiyasının qurulması və həmin strategiyanın bu gün Ali Baş komandan, cənab Prezidentimiz İlham Əliyevin davam etdirərək zəmanəyə uyğun inkişaf etdirməsi və gücləndirməsinin hər birimiz şahidi oluruq. Bu inkişaf strategiyası təkcə sosial, iqtisadi sahələrdə deyil eyni zamanda ordu quruculuğu, təkmilləşdirilməsi və inkişafında da gözə çarpacaq dərəcədə öz əksini tapır. Bu da təbiidir, çünki uzun illər ərzində yalan və şər, böhtanla mübarizə aparan Azərbaycan özünü müdafiyə məqsədilə ordusuna xüsusi diqqət ayırır". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Siyasi Şuranın üzvü, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərid Nəsibov deyib.

Onun sözlərinə görə, vaxtilə geyinməyə paltar tapa bilməyən, qışın soyuğunda ayaqqabı tapa bilməyən əsgərlər bu gün ən son silahlarla, ən son hərbi texnologiyalarla təchiz olunub: "Artıq Azərbaycan özünün istehsal etdiyi ən son model silah və sursatları, eyni zamanda hərbi texnikanlardan istifadə edir. Dünyanın ən son model hərbi zirehli texnikalarından, müxtəlif uçuş aparatlarından, iriçarplı silahlarla təchiz olunub. Bu gün Azərbaycan əsgərinə, zabitinə əhali tərəfindən böyük inam, böyük dəstək var".

Gənc siyasətçi bildirib ki, fəxrlə deyə bilərəm ki, Azərbaycan ordusu xalqımızın qürur mənbəyidir, dövlətimizin güvənc mənbəyidir: "Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Ordumuzun sülhməramlıları dünyanın bir neçə ölkələrində öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər".

F.Nəsibov vurğulayıb ki, 2016-cı ilin aprel döyöşləri kimi yadda qalan dörd günlük döyüşlərdə, Tovuz istiqamətinə düşmən təxribatının susdurulması və bu gün də baş düşmənin şərəfsiz və alçaq təxribatlarını dərhal susduraraq əks tərəfdə böyük qorxu yaratmış Azərbaycan Ordusunun cəngavərləri istər quruda, istər suda, istərsə də havadan Vətənimizə qarşı ola biləcək hər hansı bir təxribata cavab verməyə hər an hazırdır: "Hər birimiz Azərbaycan əsgəriyik! Hər birimiz Vətənin ərazi bütövlüyünü bərpa etməyə və torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq! Allah bizim bütün hərbçilərimizi qorusun!".