Gürcüstanda yeni antirekord 227 nəfər yoluxdu

23 Sentyabr 2020 11:46 (UTC+04:00)

Son sutka ərzində Gürcüstanda 227 koronavirusa yoluxma halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin hökumət saytında qeyd olunub. Nəticədə bu ölkədə COVID-19-a yoluxanların sayı 4 140 nəfərə çatıb.

Hazırda Gürcüstanda 5 255 nəfər karantndə saxlanılır, onlardan 836 nəfəri stansionar müalicədədirlər. 1 643 şəxs sağalıb, 24 nəfər isə həyatını itirib.

Qeyd edək ki, bu rəqəm Gürcüstanda yeni antirekorddur və COVID-19 infeksiyası pandemiya halına keçərkən, ölkə ən az yoluxanlar sırasında yer almışdı.