Ermənilər Rusiyaya qaçmaq istəyir? - VİDEO

23 Sentyabr 2020 11:29 (UTC+04:00)

Rusiyaya getməyi tələb edən bir qrup Ermənistan vətəndaşı Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər. SİA-nın məlumatına görə, bu barədə "News.am" məlumat yayıb.

Etirazçılar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.

Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.