Nikol Paşinyanın avantürist bəyanatları…

23 Sentyabr 2020 11:21 (UTC+04:00)

Ermənistanın bir dövlət kimi mövcudluğunun sonu olacaq

Son vaxtlar Ermənistan mətbuatı erməni ekspertlərinin baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhi ilə bağlı geniş yer verərək onu qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir real analizə əsaslanmadan populist fikirlər söyləyir və bu, onun və Ermənistaının başına çox bəlalar gətirəcək. Belə olan halda məqsəd nədir?. Ekspertlər bildirirlər ki, ilk öncə Paşinyan da, xalq da yaxşı bilir ki,baş nazirin, ümummiyyətlə xarici siyasətdən o qədər bixəbərdir ki, elə “küçə demokratıdır ki, küçə demokratı”. Ekspertlərin sözlərinə görə, N.Paşinyanın öz imicini və siyasi nüfuzunu xilas etməyə çalışır və hakimiyyətdə olduğu iki il müddətində ortada real heç bir dəyişiklik yoxdur. Və bu gün inqilabdan bəhs edən baş nazir bundan o tərəfə gedə bilmir, ancaq danışır, fantaziya və xülyalarını təqdim etməkdədir. Ən gülünc məqam isə, iki il ərzində bir addım belə irəliyə doğru addım ata bilməyənin ölkənin 2050-ci ilə qədər strategiyasından, özü də beş istiqamət üzrə inkişafından hansı başla bəhs edir?

Paşinyan, fantaziya və xülyalar haraya qədər...

Paşinyan: “Əhalinin sayını 5 milyona çatdırmaq, ümumdaxili məhsulu 15 dəfə artırmaq, büdcəsi 10 milyard dollar olacaq ən azı beş texnoloji şirkət yaratmaq, Ermənistan ordusunu dünyanın ən güclü 20 ordusu sırasına qatmaq, 1,5 milyon yeni iş yeri açmaq, səhiyyənin maliyyəsini 20 dəfə artırmaq və s. kimi tezislər irəli sürüb”. Görəsən, bu xülyalarla, fantaziyalarla haraya qədər?. Bu baxımdan, N.Paşinyanın yuxarıda ifadə etdiyimiz strateji hədəfləri faktsız, proqramsız və əsassız fantaziyadan başqa bir şey deyildir. Bunu erməni ekspertlər də təsdiqləyirlər. Ekspertlər birmənalı olaraq N.Paşinyanın fikirlərini populizm adlandırırlar. Məsələnin iki tərəfinin olduğunu demək lazımdır. Birincisi ondan ibarətdir ki, N.Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirmədiyindən, özünə haqq qazandırmağa çalışır. Artıq iki ilə yaxındır ki, Paşinyan hakimiyyətdədir, lakin ortada heç bir real nəticə yoxdur. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdə qalmaqdadır. Real proqramlar yox dərəcəsindədir. Ölkədən insanlar getməkdədirlər. Əhalinin sayı getdikcə azalır. Daxili siyasətdə müsbət dəyişiklik yoxdur. Bu istiqamətdə daha çox siyasi rəqiblərin ləkələnməsi prosesi özünü göstərir. Vətəndaşlar görürlər ki, N.Paşinyan küçədə dediklərindən uzağa gedə bilmir. Sosial-mədəni sferada konkret heç bir addım atılmır. Belə bir şərtlər daxilində Ermənistan dövlət olaraq necə inkişaf edə bilər?

Fantaziya və siyasi reallıq: Ermənistan hakimiyyətinin növbəti xülyası

Bütün bunların əsasında belə nəticəyə gəlirlər ki, 2050-ci ilə ən azı 5 yeni texnologiyalı şirkətin yaradılması da fantaziyadır. Çünki Ermənistanda nə təhsil, nə də səhiyyə bu məqsədə çatmağa imkan verə biləcək kadr potensialını yetişdirmək iqtidarında deyil. Ümumdaxili məhsulun 15 dəfə artması dəqiq konsepsiya əsasında konkret proqramların yerinə yetirilməsini tələb edir. Bunun reallaşa biləcəyini təsdiq edən faktlar isə gözə dəymir. Deməli, N.Paşinyan havadan danışır və ya yuxuda gördüklərini ermənilərə nəql edir. Erməni ekspertlər bildirir ki, N.Paşinyan Xankəndidəki çıxışı zamanı dediklərini sadəcə bir kağızdan oxuyub. Yəni o, heç bir əsas gətirmədən, fakt göstərmədən, nəzəri və ya praktiki təsdiq vermədən ağlına nə gəlib, danışıb.

Bunlar nəyi ifadə edir? N.Paşinyan vədlər limitinin bitdiyinin fərqindədir

Beləliklə, Ermənistanın baş naziri Xankəndidə siyasi həyatının bəlkə də ən qabarıq fiaskosunu yaşayıb. O, irəli sürdüyü sərsəm tezisləri ilə Ermənistanın daxili siyasi həyatında böhrana yol açıb. Beynəlxalq aləmdə isə Ermənistan adlı dövlətin xam xəyallarla idarə edildiyi haqqındakı fikri daha da möhkəmləndirib. Belə görünür ki, erməni dövlətçiliyi XXI əsrdə də baş tutmayacaq.

A.SƏMƏDOVA