Yaşayış binasında yanğın

23 Sentyabr 2020 11:11 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 10 m² olan qazanxananın yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.