Qəzaya düşən Tacir Şahmalıoğlunun oğlu: "Günah məndə oldu" ÖZƏL

23 Sentyabr 2020 10:50 (UTC+04:00)

Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu avtomobil qəzasına düşüb. SİA-ya bu haqda açıqlama verən Şahmalı hazırda yaxşı olduğunu deyib: "Dostumun maşınını idarə edirdim. Günah məndə oldu və qəza baş verdi. Dərhal məni xəstəxanaya apardılar.

Ayağımda yüngül zədə var. Amma ümumilikdə vəziyyətim yaxşıdır. Ev şəraitində müalicə olunuram".