Sumqayıtda suyun verilməsində məhdudiyyətlər olacaq

23 Sentyabr 2020 10:37 (UTC+04:00)

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SİA “Azərsu” ASC-nin məlumatına istinadən xəbər verir ki, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 23 sentyabr 2020-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.