Hande və Kərəmin serialı trend oldu

23 Sentyabr 2020 09:28 (UTC+04:00)

Baş rolunu Hande Erçel ilə Kərəm Bürsinin canlandırdığı ekran işi xarici ölkələrdə də izlənməyə başlanılıb. SİA-nın məlumatına görə, ekran işi İtaliya, İspaniya, Brazilya, Argentinada da böyük marağa səbəb olub. Serial “Twitter”də də trend siyahısındadır.

H.Erçel ilə K.Bürsin fotolarını paylaşaraq izləyicilərinə təşəkkürünü bildirib.