Alvaro Moratanın "Yuventus"a keçidi rəsmiləşib

23 Sentyabr 2020 01:54 (UTC+04:00)

"Atletiko"nun futbolçusu Alvaro Moratanın "Yuventus"a keçidi rəsmiləşib.

SİA Turin klubunun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bu mövsümün sonuna kimi icarə əsasında A seriyası təmsilçisində çıxış edəcək. Müqavilənin daha il uzadılması imkanının olduğu da vurğulanıb.

İtaliya mətbuatı "Yuventus"un bu transfer üçün 9 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.

Qeyd edək ki, Morata 2014-2016-cı illərdə də Turin klubunda oynayıb.