“Tottenhem”in oyunu koronavirus səbəbindən təxirə salınıb

22 Sentyabr 2020 22:30 (UTC+04:00)

İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan “Leyton Oriyent” – “Tottenhem” oyunu baş tutmayacaq.

SİA "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koronavirusa kütləvi yoluxma halı səbəb olub. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.

Oyunun nə vaxtsa oynanılacağı və ya tamamilə ləğv olunacağı barədə müzakirələrin davam etdirildiyi bildirilib. Premyer Liqadakı sıx qrafik səbəbindən “Leyton Oriyent”ə texniki məğlubiyyət veriləcəyi də istisna edilmir.