“Başın sağ olsun, Vətən” adlı videoçarx şəhid Elşən Məmmədova həsr olunub

22 Sentyabr 2020 17:35 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Tovuz döyüşlərində şəhid olan Elşən Məmmədov haqqında “Başın sağ olsun, Vətən!” adlı videoçarx hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, videoçarx kitabxananın “Instagram” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan ordusunun kiçik çavuşu Elşən Məmmədov qəhrəmancasına şəhid olub. O, yaşadığı Tovuz rayonunun Qazıqullu kəndində torpağa tapşırılıb.