13 yaşlı oğlan qayadan yıxılaraq çaya düşüb

22 Sentyabr 2020 16:49 (UTC+04:00)

Göygöldə bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, hadisə rayonun qayalıq adlan ərazisində qeydə alınıb.

Rayon sakini, 2007-ci il təvəllüdü Səfərov İmaməddin Tapdıq oğlu qayadan yıxılaraq çaya düşüb. 13 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.