XİN-in sabiq idarə rəisi məhkəməyə gətirilib

22 Sentyabr 2020 15:45 (UTC+04:00)

Bu gün Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılır. SİA-nın məlumatına görə, Faiq Bağırov Səbail rayon məhkəməsinə gətirilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan F.Bağırov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F. Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli biliir.