Rasim Quliyev: "Vətəndaşlarımız dezinformasiyaların ictimai rəydə dövriyyəsində vasitəçi olmamalıdır" ÖZƏL-MÜNASİBƏT

22 Sentyabr 2020 15:19 (UTC+04:00)

Bu gün ermənilər sosial şəbəkələr vasitəsilə təxribat həyata keçirir, azərbaycanlı adı ilə kontakt yaradıb məlumat toplamağa başlayıblar.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib ki, bu, ictimai rəydə çaşqınlıq yaratmaq üçün erməni və digər xüsusi xidmətlərin və ideoloji mərkəzlərinin planlı, məqsədli təxribat əməlləridir: "Sosial səbəkə və elektron KİV-lərdə bu tip təxribatların qarşısını almaq təkcə dövlətin, aidiyyatı qurumların vəzifəsi deyil. Eyni zamanda cəmiyyət, vətəndaşlarımız mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş, dezinformativ xarakterli məlumatlarla diqqətli olmalı, belə təxribatçı dezinformasiyaların ictimai rəydə dövriyyəsində vasitəçi olmamalı, təxribat planının icraçısına çevrilməməlidir. Bu dezinformasiyaların ideoloji-psixoloji yükü və məqsədi aydınlaşdırılıb izah olunmalı və mətbuat bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işi aparmalıdır”.