5 nəfər sürücünü döyüb avtomobilini aldılar

22 Sentyabr 2020 15:00 (UTC+04:00)

Balaxanı qəsəbə sakini A.Şahgəldiyevi döyərək avtomobilini almaqda şübhəli bilinən Y.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobil sahibinə qaytarılıb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.