Paytaxt sakininə xəsarət yetirib, pulunu və telefonunu aldılar

22 Sentyabr 2020 14:46 (UTC+04:00)

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini E.Ramazanovun baş nahiyəsinə daşla vurub cibindən pulunu və mobil telefonunu götürməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ramazanov sentyabrın 20-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 2 nəfərin daşla onun baş nahiyəsinə vurub cibindən 75 manat pulunu və mobil telefonunu götürdüklərini bildirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Heydərov və F.Heydərov polis əməkdaşları tərəfindən saxlanılıblar.