Yaşayış binasında yanğın

22 Sentyabr 2020 13:27 (UTC+04:00)

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın xarici divarına quraşdırılan elektrik lövhəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.