“Azərkosmos” qlobal “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

22 Sentyabr 2020 12:50 (UTC+04:00)

“Azərkosmos” ASC qlobal yayım xidmətləri bazarında fəaliyyət göstərən və televiziya və radio kanallarının yayımını həyata keçirən “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb. ASC-dən SİA-ya verilən məlumata görə, “Viewmedia” şirkəti Yaxın Şərq, Avropa və Afrika regionlarında müştərilərinə “Azerspace-1” peykinin resursları vasitəsilə rəqəmsal peyk xidmətləri təqdim edəcək.

“ViewMedia” şirkəti dünya miqyasında istənilən yerüstü platformadan 150-dən çox televiziya və radio kanallarının yayımını təmin edir və yüksək keyfiyyətli infrastrukturu vasitəsilə video məzmunun asanlıqla daşıyıcılara paylanmasını həyata keçirir.