Avtomobilləri qarət edən şəxs tutuldu

22 Sentyabr 2020 12:46 (UTC+04:00)

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş S.Xəlilovun 7 avtomobildən oğurluğa cəhd göstərməsi, 1 avtomobildən isə sənəd oğurlaması da müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş S.Xəlilovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 7 avtomobildən oğurluğa cəhd göstərməsi, 1 avtomobildən isə sənəd oğurlaması da müəyyən edilib.