Lefkoşada Atatürk abidəsi və Boğaz Şəhidliyi qarşısında Qazilər Günü qeyd olunub

22 Sentyabr 2020 11:17 (UTC+04:00)

Qazilər Günü münasibətilə Şimali Kiprin paytaxtı Lefkoşada Atatürk abidəsi və Boğaz Şəhidliyi qarşısında mərasim keçirilib. SİA-nın məlumatına görə, Lefkoşa Atatürk Memorialında və Boğaz Şəhidliyində baş tutan mərasimlərdə abidələr önünə əklillər qoyulub, sayğı duruşu və İstiqlal marşının sədaları altında Dövlət bayraqları meydana gətirilib.

Yüksək səviyyəli vətəndaş və hərbi məmurların iştirak etdiyi mərasimlərdə, başda Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk olmaq üzrə qazilər və istiqlal yolunda şəhid olanlar rəhmət və minnətlə anılıb.