Heç bir şeir şairini sevməz” sərgisi ilə hər kəs tanış ola bilər

22 Sentyabr 2020 10:26 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Mərkəzində açılan Amsterdamda yaşayan kürd əsilli rəssam Ahmet Öğütün “Heç bir şeir şairini sevməz” sərgisi ilə hər kəs tanış ola bilər. SİA-nın məlumatına görə, ziyarətçilər sərgiyə həftənin II, III, IV və V günləri, saat 12:00-dan 20:00-dək baxa bilərlər.

Binaya daxil olmazdan əvvəl qeyd olunan qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda sadəcə 6 nəfər daxil ola bilər.

Tibbi maska və digər antiseptik qoruyucu vasitələrdən istifadə zəruridir.