Tramp Con Boltonu növbəti dəfə ələ salıb, Co Baydeni tənqid edib

22 Sentyabr 2020 08:53 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Con Boltonu növbəti dəfə ələ salıb.

SİA “CNN”ə istinadən xəbər verir ki, Tramp onu “axmaq” deyə adlandırıb.

“Əgər bu axmağa qulaq assaydım, indi 5-ci dünya müharibəsini yaşayardıq”, - deyə prezident prezident seçkiləri öncəsi Ohayo ştatının Deyton şəhərində seçiciləri ilə görüşündə belə deyib.

Keçmiş müşaviri Con Boltonu tənqid edən Ağ Ev rəhbəri, həmçinin Demokratlar partiyasından olan namizəd – seçkilərdəki rəqibi Co Baydenə məğlub olacağını uğursuzluq kimi qiymətləndirib: “Bayden qalib gəlsə, tarixin ən pis namizədinə seçkiləri uduzacağam. Bayden dəyişməz bir qlobalistdir. Bilirsiniz ki, qlobalistlər kənarda qalıblar. Onlar bu ölkəni məhv ediblər”.