Populizmin yarış meydanına çevrilən Ermənistan TƏHLİL

21 Sentyabr 2020 17:53 (UTC+04:00)

Ermənistan höküməti böyürtkən və keçi ixracı ilə öyünür. Bu ölkənin müxalifəti isə, işğalçı ölkədə insanların hansı səfalət və acınacaqlı durumda olduğunu nəzərə alaraq əhaliyə pul paylamaq təklifi ilə çıxış edir. Hal-hazırda sözün əsl mənasında Ermənistan vətəndaşlarını nə mövcud hakimiyyət, nə də belə bəsit çıxış yolu axtaran, bacarıqsız müxalifət qane etmir.

Tamamilə aydın məsələdir ki, Ermənistanın siyasi sistemində iqtidarda olanlar xalqa xoş gəlmək üçün hər şeyi edir, nələri isə uğurlar kimi təqdim edir və guya xatırladır, müxalifət isə birincinin mənfi cəhətlərini, səhv hesablamalarını, qüsurlarını və cinayətlərini vurğulayır. Bütün bunlar, əlbəttə ki, anlaşılandır. Lakin Ermənistanda siyasi rəqabət elə ibtidai formalar alır ki, siyasi elitanı kimin təmsil etdiyi barədə müəmmalar da ortaya çıxır.

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan giləmeyvə ixracının artması ilə həmvətənlərini sevindirməyə çalışdı. Bir az da daha dəqiq desək buna cəhd etdi və lovğalanmaq fikrinə düşdü. Guya ki, "2020-ci ilin yanvar-iyul aylarında Ermənistandan çiyələk, böyürtkən və qarağat ixracatı 166 faiz artıb. Amma heç hənanın yer deyildi və bu qədər səfalət içərisində olan, iqtisadiyyatı, sənayesi, heç bir ehtiyatı olmayan ölkəni böyürtkən və qarağat tədarükü xilas edəcəyi elə Nikolun davranışları, ifadələri qədər gülünc görünür.
Ermənistanın baş naziri bir sıra sahələrdə artımdan, məhsul istehsalındakı irəliləyişdən dəm vuranda utanmaq bilmir. Rəhbərlik etdiyi ölkədə meyvə, tərəvəz, bostan bitgiləri, hətta yabanı meyvə tədarükü ilə yanaşı heyvandarlıq məhsullarının da istehsalının vətədarükünün artdığını dilə gətirir. Özü də utanmadan və çəkinmədən xirda və iribuynuzlu heyvanların artımından dəm vurur və bunu statistik göstəricilərlə əsaslandırmağa da cəhd edir. Baxmayaraq ki, işğalçı ölkədə hansısa sahədə irəliləyişin olması mümkünlüyü nağıl kimi səslənir. Bunu həmin ölkənin iqtisadçıları da görürlər və başa düşürlər ki, daxili auditoriyanı çaşdırmaq üçün Paşinyan ağ yalana əl atır. Hətta bir çox erməni iqtisadçıları bildirirlər ki, bir sıra dövlətlərdə ölkə başçıları statistik göstəricilərə əsasən müxtəlif fikirlər səsləndirirlər. Yaxud öz fikirlərini ölkələrinin statistik göstəricilərinə əsasən bildirirlər. Amma Ermənistanda Statistika Komitəsi gösləyir ki, Nikol Paşinyan, yəni ölkənin baş naziri hansı statistik rəqəmləri səsləndirsə, bəyan etsə həmin göstəriciləri də ölkənin statistik göstəriciləri kimi kütləyə, Ermənistan cəmiyyətinə təqdim etsin. Erməni iqtisadçılarının dediklərində əslində həqiqət böyükdür. Çünki, hər dəfə olduğu kimi yenə də erməni baş nazirin elan etdiyi göstəricilər Statistika Komitəsinin yayımladığı göstəricilərdən əvvəl erməni ictimaiyyətinə çatdırılır və gözlənilir ki, bundan sonra statistik göstəricilər açıqlanacaq.

Bütün bu gülünc ardıcılığın fonunda bir məqam da diqqətçəkəndir. Beləki, ən xırda göstəricilərdən tutmuş, ən şişirdilmiş göstəricilərə qədər bütün rəqəmləri, dırnaqarası, yalançı nailiyyətləri Nikol Paşinyan öz adı, öz fəaliyyəti ilə bağlayır. Uzaqbaşı, bəzi məqamları hərdənbir komandasının fəaliyyəti ilə əlaqələndirən erməni baş nazir özünün şişirtdiyi göstəriciləri, yalançı rəqəmləri, olmayan nailiyyətlərini hökumətinin atdığı bir sıra addımların birbaşa nəticəsi kimi qələmə verir. Nikol Paşinyan ixrac haqqında heç nə danışmır. Yalnız yalan olduğu bilinən uğurlardan danışır. Guya ki, uğursuzluq deyilən bir şey yoxdur onun ölkəsində və hər şey öz qaydasındadır. Guya ki, ölkədə nə ac erməni var, nə də səfalət içində inləyən vətəndaş. Axı belə deyil və bunu erməniləri özləri ilə yanaşı bütün dünya da bilir ki, Ermənistan iflas və məhv olmaqdadır. Lakin, uğursuzluqlar hansısa bir şəkildə Nikolun konsepsiyasına sığmır.

Yaxşı, Paşinyanın ölkəsində hər şey bu qədər pastoraldırsa, bəs niyə Ermənistan əhalisi belə vəziyyətdə yaşayır? Əksəriyyəti gənclər olmaqla, insanlar niyə oradan getməyə, qaçmağa maraqlıdırlar? Bütün ermənilərin ən böyük arzusu bu lənətlənmiş səfalət içində olan ölkəni niyə tərk etməkdir? Ermənistan paytaxtında səngiməyən etiraz aksiyasında niyə vətəndaşlar Rusiyaya getmək üçün icazə verməsi üçün Paşinyan qarşısında tələb qoyurdular? Belə dıqnaqarası uğurlar, belə istehsal, belə təsarüffat ola-ola niyə işsizlik problemi ilə ölkəni tərk etmək istədiklərini bəyan edirdilər erməni etirazçılar? Axı bunlar Nikolun rəqəmləri ilə üst-üstə düşmür. Bu işğalçı ölkədə infrastrukturun dağıdıldığı heç kimə sirr deyil. Axı tibb məntəqələrinin nə halda olduğu və ümiyyətlə, olmadığı, yoxa tay olduğu da bəllidir. `

Ermənistanın Aqrar-Kəndli Birliyi QHT-nin sədri Hraç Berberyan dırnaqarası nikbin statistika barədə fikir bildirərkən, Paşinyanın kənd təsərrüfatındakı vəziyyətlə bağlı çıxışlarına inanmağa dəyməz dedi. O, soruşur ki, belə populizm nəyə lazımdır. Həmçinin qeyd edir ki, Nikol Paşinyan populizm xəstəliyindən əziyyət çəkir.
Ermənistan cəmiyyəti yaxşı bilir ki, Nikolun siyasi rəqibləri də ondan geri qalmır. Bu populizm xəstəliyinə onun qəqibləri də mübtəla olub. Yaxşı bəllidir ki, “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyan xüsusilə son günlərdə siyasi səhnədə idi. Bu adam da özünü sadə bir erməninin tərəfində olduğu kimi göstərə bilər, amma belə görünmür.

Çiçəklənənlərin lideri bir zaman deyirdi ki, əgər xalqımın vəziyyəti yaxşı deyilsə, övladımın vəziyyəti də yaxşı olmayacaq. Amma nədənsə, ermənilər səfalət içərisində olduğu bir zamanda müxalif siyasətçinin və Ermənistanın ən varlı adamının uşaqlarının vəziyyəti çox yaxşıdır. İki il əvvəl qızı Anait Xaçatur Sukiasyanın oğlu Albertə ərə getdi. İndi də onun oğlu Nver möhtəşəm bir toya hazırlaşır.

Hraparak qəzeti yazır ki, bir neçə həftədir, həmin ailəyə məxsus restoran kompleksi səliqəyə salınır, “Firon”da aktiv hazırlıqlar davam edir, salonun dizaynı dəyişdirilir, toyun “ krallara yaraşan” tərzdə olması üçün hər şey edilir. Əgər Qaqik Sarukyan xalqının rifahını düşünürdüsə, bu qədər izafi vəsaitləri bir toy üçün sərf etməkdənsə, koronavirus xəstələri üçün dərmanlara pul ayırar, müalicələrini ödəyərdi.

Həqiqətən kədərli haldır Ermənistan üçün. Bu ölkənin səlahiyyətliləri də, bir zaman küçədə erməni xalqına “qızıl dağlar” vəd edən və bu avantüra ilə baş nazir postunu zəbt edən beli çantalı küçə nümayişçisi də, müxalifəti təmsil edən Sarukyan da xalqını aldadır. Nikol Paşinyanın hap-gop eləməsinə baxmayaraq Ermənistan iqtisadi problemlər içərisində böğulur. Koronavirus da bir tərəfdən ermənilərin sonunu sürətləndirib. Bu işğalçı ölkədə siyasi müzakirələrin səviyyəsi aşağı və ləyaqətsiz həddədir. Vəziyyətdən real çıxış yollarını müzakirə etmək əvəzinə ritorika və populizmdə bir rəqabət var. İndi Ermənistan yalnız populizmin yarış meydanına çevrilib.