“Radikallar Tofiq Yaqubludan öz məqsədləri üçün yararlana bilmədilər” RƏY-ÖZƏL

21 Sentyabr 2020 15:45 (UTC+04:00)

"Məlum olduğu kimi, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb və Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib. Bununlada müxalifət T.Yaqublu “faktor”undan öz siyasi məqsədləri üçün istifadə edə bilmədi. Bu onların növbəti dəfə ifşası və iflası oldu". Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında deyib.

Partiya sədri bildirib ki, məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxmaqla humanist və xeyirxahlıq göstərdi: “Bu fakt bir daha Azərbaycanın demokratik hüquqi dövlət olduğunu əyanı şəkildə sübut etdi. Baxmayaraq ki, Tofiq Yayublunun mənsub olduğu düşərgə və ordakı qüvvələr həmişə ölkəmiz haqqında müxtəlif şayələr yayırlar, qarayaxma kampaniyası aparırlar, guya ki, Azərbaycanda haqq ədalət yoxdur, məhkəmələr müstəqil deyillər və s. Amma bu hadisənin özü əyanı şəkildə göstərdi ki, Azərbaycanda hakimiyyət xalqın iradəsi ilə formalaşıb və hakimiyyətin qolları bir-birindən asılı deyillər, müstəqildilər, Konstitutiyamızda göstərildiyi kimi demokratik hüquqi cəmiyyətin ruhuna uyğun şəkildə bu hakimiyyətlər müstəqildilər. O cümlədən də, Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir. Azərbaycanda kimisə siyasi baxışlarına görə, tutduğu siyasi mövqeyə görə, həbs olunması, məhkəməyə cəlb edilməsi məsələləri artıq uzun illər bundan qabaq tarixə qovuşubdur. Bu məsələ bir daha sübut etdi ki, Azərbaycan demokratik hüquqi yolla inkişaf edir və belə də olacaqdır. Lakin özünüzdə gördüyünüz kimi T. Yaqublu barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçildikdən sonra radikal müxalfət və Azərbaycanı sevməyən qüvvələr böyük bir tozanaq qopardılar, hay-küy qaldırdılar ki, ay Azərbaycanda güya insan hüquqları pozulur və s. Müxalifət təmsilçiləri arzu edirlər ki, onların öz sıralarından kimlərsə hanısa bir zəmində cinayət törətsin və məhkəməyə cəlb edilsin, beləliklədə onlar budan öz məqsədləri üçün istifadə etsinlər. Amma göründüyü kimi radikal müxalifət bu məsələdən öz məqsədləri üçün yararlana bilmədi”.

M.Səfərli qeyd edib ki, T.Yaqublunun ev dustaqlığına buraxılması normal bir qərardır: “Azərbaycan kimin nə deməsindən asılı olmayaraq demokratik hüquqi yoldadır və demokratik hüquqi dövlət quruculuğu yolunda da inkişaf edəcəkdir. Bu gün radikal müxalifət bildiyiniz kimi Azərbaycanda iqtidar-müxalifət dialoqundan da boyun qaçırır. T. Yaqublunun elə özünün mənsub olduğu o partiya bu gün bu dialoq prosesində də kənarda qalıb. Yəni onlar bir daha bu porsesdən kənarda qalmaqla Azərbaycanın siyasi həyatının müasirləşdirilməsi, yeni kanfiqrasiyanın yaradılmasından kənarda qalmaqla bir daha sübut edirlər ki, bu qüvvələr doğru yolda deyillər”.