Tərtər rayon sakininin evindən ov tüfəngi aşkarlanaraq götürülüb

21 Sentyabr 2020 15:27 (UTC+04:00)

Tərtər sakininin evindən ov tüfəngi aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəyimsarov kənd sakini V.Vəlizadənin evindən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.