Narkotik alverçisi tutuldu

21 Sentyabr 2020 14:30 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Rəhimovun Maştağa qəsəbəsindəki evindən 1 kiloqram 59 qram marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın, Maştağa qəsəbəsindəki evindən isə 1 kiloqram 59 qram marixuana aşkar edilərək götürülüb.