Bakıda restoran yandı

21 Sentyabr 2020 13:35 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 150 m² olan restoranın bacasında yağ qalıqları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.