Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir BNA

21 Sentyabr 2020 12:45 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq üçün tədbirlərini davam etdirir.

Bu barədə SİA-ya BNA-dan məlumat verilib. Məlumatda bildirilir ki, sürücülərin dayanma-durma və parklanma qaydalarına riayət etməsi ilə bağlı tədbirlər davamlı bir prosesdir:"Bunun üçün bizim xüsusi proqram təminatı olan planşetlə təmin edilən müfəttişlərimiz tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Həmçinin qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin nəzarət kameralarının imkanlarından istifadə olunur".