Zərdabda yanğın baş verib

21 Sentyabr 2020 12:33 (UTC+04:00)

Zərdab rayonunun İsaqbağı kəndində həyətyanı sahəyə yığılan 7 ton qarğıdalı qabığının 4 tonu yanıb, qalan hissəsi yanğından mühafizə olunub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.