“Roma”nın futbolçusu Cengiz Ünder karyerasını “Lester Siti”yə keçib

20 Sentyabr 2020 18:39 (UTC+04:00)

“Roma”nın futbolçusu Cengiz Ünder karyerasını “Lester Siti”də davam etdirəcək.

SİA xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin icarəyə götürüldüyü bildirilib. Razılığa əsasən, türkiyəli oyunçu mövsümün sonunadək İngiltərə təmsilçisində oynayacaq.

Qeyd edək ki, C.Ünder 2016-cı ildən Türkiyə millisində çıxış edir. O, “Roma”ya 2017-ci ildə “Başakşəhər”dən keçib.