Türkiyədə son 24 saat ərzində daha 61 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 506 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 116 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 267 233 nəfər təşkil edir.