Azər Əliyevin formasını geyindiyi “Ufa” Moskva ÇSKA-sına uduzub

20 Sentyabr 2020 21:42 (UTC+04:00)

Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Ufa” 8 oyuna topladığı 5 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.