Salyanda baş verən yol qəzasında xəsarət alanlar var

20 Sentyabr 2020 13:30 (UTC+04:00)

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil daha sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb. Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.