Biləsuvar rayonunda "Niva"nın aşması nəticəsində iki nəfər ölüb

20 Sentyabr 2020 08:49 (UTC+04:00)

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəza gecə saatlarında rayonun Səmədabad kəndində qeydə alınıb.

"Niva" markalı avtomaşının aşması nəticəsində sürücü Kamal Ağayev və hələlik adı məlum olmayan sərnişini hadisə yerində ölüb. Onların meyiti müayinə olunması ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.