Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 107 min nəfəri ötüb

20 Sentyabr 2020 07:51 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində 63 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

SİA xəbər verir ki, aşkarlanan yeni yoluxma halları Nur Sultan (7), Almatı (2), Çimkənd (2) şəhərlərində, Akmolinsk (2), Aktyubinsk (1), Atırau (7), Şərqi-Qazaxıstan (24), Jambıl (1), Qərbi-Qazaxıstan (2), Karaqanda (5), Kostanay (2), Qızılorda (1), Pavlodar (2), Şimali-Qazaxıstan (4), Türküstan (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 262 nəfərə çatıb.