“Everton” bu dəfə “Vest Bromviç”i darmadağın edib, "Lids"dən 4 qollu qələbə

20 Sentyabr 2020 00:56 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 2-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

İlk turda səfərdə “Tottenhem”i məğlub edən “Everton” bu dəfə “Vest Bromviç”i darmadağın edib. “Mançester Yunayted” “Kristal Pelas”la ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib.

Yeddi qolun qeydə alındığı “Lids” – “Fulhem” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Arsenal” isə “Vest Hem”i qəbul edib və çətin qələbəyə sevinib.

İngiltərə Premyer Liqası

2-ci tur

19 sentyabr

Everton – Vest Bromviç 5:2

Qol: Kalvert, 31; 62; 66. Rodriqes, 45. Kin, 54 – Dianqana, 10. Pereyra, 47.

Lids – Fulhem 4:3

Qol: Kosta, 5; 57. Klix, 41-pen. Bemford, 50 – Mitroviç, 34-pen; 67. Reyd, 62.

Mançester Yunayted – Kristal Pelas 1:3

Qol: Van de Bek, 80 – Taunsend, 7. Zaha, 74-pen; 85.

Arsenal – Vest Hem 2:1

Qol: Lakazette, 25. Nketia, 86 – Antonio, 45.

20 sentyabr

15:00 Sauthempton – Tottenhem

17:00 Nyukasl – Brayton

19:30 Çelsi – Liverpul

22:00 Lester – Bernli

21 sentyabr

21:00 Aston Villa – Şeffild Yunayted

23:15 Vulverhempton – Mançester Siti