Özbəkistanda koronavirusa yoluxanların ümumi sayı 50 min nəfəri ötüb

20 Sentyabr 2020 00:30 (UTC+04:00)

Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 617 nəfər yoluxub.

SİA "gazeta.uz" saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 50 378 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 46 645 nəfəri sağalıb, 421 nəfəri isə vəfat edib.