Qaret Beyl karyerasını “Tottenhem”də davam etdirəcək - RƏSMİ

19 Sentyabr 2020 22:14 (UTC+04:00)

“Real”ın futbolçusu Qaret Beyl karyerasını “Tottenhem”də davam etdirəcək.

SİA klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi 31 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Uelsli oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Q.Beyl 2007-2013-cü illərdə də "Tottenhem"də çıxış edib və "Real"a məhz bu klubdan transfer olunub.