Böyük Britaniyada 8 maydan bəri koronavirusa ən yuxarı yoluxma qeydə alınıb

19 Sentyabr 2020 20:40 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 4422 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb. Bu, 8 maydan bəri qeydə alınan ən yüksək göstəricidir.

SİA xəbər verir ki, Britaniyada indiyədək COVID-19-a yoluxanların sayı 390 358 nəfərə çatıb.

Ölkədə koronavirusdan ölənlərin sayı 41 759 nəfərdir.