Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

19 Sentyabr 2020 23:58 (UTC+04:00)

Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

SİA xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilir ki, təxminən 5-6 il əvvəl terror təşkilatlarına qoşulduqları ehtimal edilən daha üç terrorçu Mardin və Şırnakda təhlükəsizlik qüvvələrinə təslim olub. Bununla da bu il təbliğat yolu ilə təslim olan terrorçuların sayı 157 nəfərə çatıb.