FHN Nərimanov rayonunda 150m² sahədəki yanğını söndürüb

19 Sentyabr 2020 12:13 (UTC+04:00)
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.